
“Qarabağ”ın oyununa bütün biletlər satılıb
UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şelburn” – “Qarabağ” matçına maraq yüksəkdir.
Komanda.az xəbər verir ki, “Tolka Park” stadionunda baş tutacaq oyun üçün bütün biletlər satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Stadionun tamaşaçı tutumu 5.700 nəfərikdir.
“Şelburn” – “Qarabağ” oyunu 23 iyul tarixində, saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



