“Qarabağ”ın rəqibi müdafiəçisini icarəyə verdi

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” futbolçusu Cordan Amavini icarəyə verib.

Komanda.az xəbər verir ki, 27 yaşlı müdafiəçi mövsümün sonuna qədər “Nitsa” klubunda çıxış edəcək. Bu barədə “Marsel”in mətbuat xidməti məlumat yayıb.

Amavi 2018-ci ilin yayından “Marsel”də çıxış edirdi. O, bu mövsüm cəmi 4 oyuna çıxıb.

“Qarabağ” “Marsel”lə ilk oyunu fevralın 17-də Fransada keçirəcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.