“Qarabağ”ın İdarə Heyətinin üzvləri “Fənərbaxça” prezidenti ilə görüşüb

“Qarabağ”ın baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl və İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan “Fənərbaxça” klubunun prezidenti Ali Koçla görüşüblər.

Komanda.az xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar. Görüşün sonunda Ali Koça Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button