
“Qarabağ”ın bizi təəccübləndirdiyini deyə bilmərəm” – “Ferentsvaroş”un hücumçusu
Macarıstanın “Ferentsvaroş” klubunun hücumçusu Barnabaş Varqa Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Budapeştdə “Qarabağ”a məğlubiyyət (1:3) haqda danışıb.
Komanda.az xəbər verir ki, Macarıstanın RTL nəşrinə danışan macar futbolçu “Qarabağ” barədə fikirlərini söyləyib:
“İndi nəsə demək çətindir. İki top fərqi ilə məğlubiyyətə görə məyusuq. Amma təslim olmayacağıq. Cavab oyununda biz daha yaxşı oynamalıyıq. Düşünürəm ki, ilk hissədə rəqibdən güclü deyildik, dəyişikliklər edib cavab oyununda göstərməliyik ki, biz Çempionlar Liqasının əsas mərhələsində yer almağa layiqik. “Qarabağ”ın bizi təəccübləndirdiyini deyə bilmərəm. Ancaq meydanın mərkəzində çox yaxşı top saxladılar. İlk oyunu təhlil etməliyik. Qarşıda daha bir oyun var. Biz riskə getməliyik. İlk oyunda uduzmuşuqsa, həyatın sonu deyil”.
Bizi Facebook-da izləyin



