“Qarabağ”a qol vuran futbolçu ABŞ yolunda

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” klubunun futbolçusu Xavyer Hernandes karyerasını ABŞ-da davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə o, ABŞ mətbuatına açıqlamasında deyib:

“ABŞ-da karyera qurmaq haqda düşündümmü? Bəli, mütləq. Hər zaman öz gələcəyimlə bağlı fikirləşirəm. Daha yaxşı imkanlar üçün açığam. MLS daim inkişafda olan bir liqadır. Bu da mənim üçün fürsətdir”.

Bu yay “Sevilya”ya keçən Xavyer Hernandesin müqaviləsi 2022-ci ilin iyununa qədərdir. 31 yaşlı hücumçu “Sevilya”nın Bakıda “Qarabağ”ı 3:0 hesabıyla məğlub etdiyi oyunda hesabı açan qolun müəllifi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button