“Qarabağ”a qol vuran futbolçu Bundesliqa klubuna keçdi

“Arsenal”ın futbolçusu Emili Smit Rou karyerasını Almaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 18 yaşlı futbolçu “Leyptsiq” klubuna keçib. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Smit Rou mövsümün sonuna qədər icarə əsasında “Leytpsiq”də forma geyinəcək.

O, cari mövsümdə “Arsenal”ın heyətində 4 oyunda iştirak edib.

Emili Smit Rou Avropa Liqasının qrup mərhələsinin “Arsenal”ın Bakıda “Qarabağ”ı 3:0 hesabıyla məğlub etdiyi matçda, ikinci qolun müəllifi olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button