“Qarabağ”a qarşı belə oyun aldışalayiqdir” – Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Drmatik oyun izlədik. Yadıma gəlmir ki, bir oyunda 5 penalti olsun. Bu gün layiqli oyun oldu. Meydanın hər qarışında amansız mübarizə getdi. Əsas məqsədimiz cinahlardan hücum etmək idi. Yeni oyunçular gəlib. Vaxt lazımdır. Zamanla daha yaxşı “Səbail” olacaq. “Qarabağ”a qarşı belə oynadıqsa, aldışalayiqdir. Düşünmürəm ki, kimsə “Qarabağ”ın qapısı qarşısında bu qədər epizod yaratsın. Heç-heçə olsaydı, daha yaxşı olardı. Komandada rəqabət var. Oyunçular forma davası edir. Zədəlilər meydana qayıtmağa hazırdır. Bu oyunun 50 faizini oynasaq, daha yaxşı olar. Başlanğıcda məqsədimiz “6-lıq”da olmaq idi. İkinci dövrədən sonra isə gördük ki, komanda avrokuboklara vəsiqə qazana bilər. Bacardığımızın ən yaxşısını etməyə çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button