
“Qarabağ” sonuncu yoxlama matçında məğlub oldu
Təlim-məşq toplanışını Avstriyada davam etdirən “Qarabağ” bu gün sonuncu – 4-cü yoxlama matçını keçirib.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gəlib.
Kaprun stadionunda baş tutan qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Köhlən atlar”ın qolunu Nəriman Axundzadə vurub.
Hazırlığa iyunun 18-də Bakıda start verən “Qarabağ” Avstriya toplanışını iyulun 16-da başa vuracaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



