“Qarabağ” – “Şaxtyor” matçı canlı yayımda!

“Qarabağ” Antalya toplanışı çərçivəsində sabah sonuncu yoxlama matçını keçirəcək.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Şaxtyor” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Qarşılaşma “CBC Sport” vasitəsiylə canlı yayımlanacaq.

Bundan əvvəl Macarıstan “Uypeşt”inə 0:1 hesabı ilə uduzan “Qarabağ”, ikinci oyunda Çexiyanın “Bohemians” klubuna qalib gəlmişdi – 3:1. Qurban Qurbanovun komandası üçüncü sınaq görüşündə Polşa “Pyast”ı ilə 1:1 hesablı heç-heçə etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button