“Qarabağ” Qarabağa getdi

“Qarabağ”ın futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər ediblər.

Komanda.az xəbər verir ki, Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində ilk görüş Şuşada gerçəkləşib.

Onlar Şuşa şəhər stadionunda şəhər sakinləri və Şuşa 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşüblər. Klubun səfəri əhali tərəfindən böyük sevinclə qarşılanıb.

Ağdam təmsilçisinin məşqçi heyəti və futbolçuları ilə şəkil çəkdirən yerli sakinlər onlara olan sevgilərini nümayiş etdiriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button