“Qarabağ” Polşaya Geryesiz yollandı

Polşada “Legiya” ilə UEFA Avropa Liqasının pley-off matçında üz-üzə gələcək “Qarabağ” komandası Varşavaya yollanıb.

Komanda.az xəbər verir ki, çarter reysi ilə səfərə çıxan heyətdə futbolçulardan yalnız Donald Gerye yer almayıb.

Haitili oyunçu pasport problemi ilə üzləşdiyi üçün Azərbaycan komandasına kömək edə bilməyəcək.

Zədələrini sağaldan Mahir Emreli, Xayme Romero və Abdullah Zubir isə kollektivlə birgə Varşavaya uçub.

Qeyd edək ki, oktyabrın 1-də Varşava şəhərindəki “Wojska Polskiego” stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.