“Qarabağ” “Neftçi”ni geridə qoydu

“Qarabağ” Premyer Liqanın 18-ci turunda “Qəbələ”ni 5:1 hesabı ilə məğlub edib. 

Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu ölkə çempionatları tarixində 118-ci dəfə ev oyununda 3 və ya daha çox qol vurub. Bu, 1992-ci ildən keçirilən yarışın tarixində yeni rekorddur. “Qarabağ” öz meydanında 117 dəfə məhsuldarlıq nümayiş etdirən “Neftçi”ni arxada qoyub.

Ağdamlıların üç və ya daha çox qol vurduğu ilk ev oyunu 1992-ci il mayın 6-da baş tutub. 30 il öncə Kürdəmir “Şirvan”ı üzərində 6:0 hesablı qələbə əldə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button