Konfrans Liqası: “Qarabağ”ın iştirak ərizəsi

“Qarabağ” klubu UEFA Konfrans Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini açıqlayıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir, Ağdam təmsilçisi 28 futbolçunun adını heyətə daxil edib.

“Qarabağ” Konfrans Liqasının H qrupunda “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə qarşılaşacaq.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 89. Amin Ramazanov, 94. Ayhan Arazlı;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina. 83. Nihad Quliyev, 13. Bəhlul Mustafazadə;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Xayme Romero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Malinovski, 17. Qaspar Panadero, 24. Hüseyn Hüseynzadə, 27. Toral Bayramov;

Hücumçular: 77. Ramil Şeydayev. 25. İbrahima Vadji, 22. Musa Qurbanlı.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button