
“Qarabağ” İsveçdəki turnirin qrup mərhələsində son matçını keçirib
“Qarabağ”ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”nin qrup mərhələsində son matçını keçirib.
Komanda.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsveçdə təşkil olunan yarışın 4-cü qrupunda yer alan komanda 3-cü turda yerli “Göteborq”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Beləliklə, “Qarabağ” qrupu 4 xalla başa vurub. U-17-nin qrupdakı mövqeyi son turun digər matçından sonra dəqiqləşəcək.
İlk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan “Qarabağ” ardınca “Sportinq Laqos”la heç-heçə edib – 0:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



