“Qarabağ” fanatları Pireydə yerli azarkeşlərin hücumuna məruz qaldı – VİDEO

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Yunanıstanda yerli “Olimpiakos”un qonağı olan “Qarabağ”ı dəstəkləməyə gələn azarkeşlər yunan fanatların hücumuna məruz qalıblar.

Komanda.az xəbər verir ki, “Olimpiakos” fanatları “Qarabağ” azarkeşləri üçün ayrılmış tribunada yerini tutmuş azərbaycanlılara hücum çəkiblər, pirotexniki vasitələr atıblar.

Bu üzdən polislərin köməyinə ehtiyac duyulub. Onlar gözyaşardıcı qazdan istifadə edərək, ultrasları geri çəkilməyə məcbur ediblər. Sonra “Qarabağ” tərəfi işə müdaxilə edərək azarkeşlərimizin daha təhlükəsiz sektora keçirilməsinə nail olublar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button