“Qarabağ” – “Ayaks” matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının 6-cı turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununun təyinatları bəlli olub.

Komanda.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FİFA referisi Rade Obrenoviç idarə edəcək. Ona Jure Praprotnik və Grega Kordež köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matej Jug, AVAR-da Alen Borošak əyləşəcək.

Qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button