Qalte PSJ-nin hədəfini açıqladı

PSJ-nin baş məşqçisi Kristof Qalte UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “Yuventus”la oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan baş məşqçi, Çempionlar Liqasının pley-off mərhələsinə vaxtından əvvəl vəsiqə qazanmağın xoş olduğunu bildirib:

“Əlbəttə, vaxtından əvvəl pley-offa yüksəlmək daha xoşdur. Açığı, növbəti mərhələyə vəsiqə qazanmaq hər şeydən önəmlidir və indi hədəfimiz qrupda birinci yeri tutmaqdır. Bu barədə futbolçulara dedim, hamımız bu məqsədə köklənmişik. Bilirik ki, “Yuventus” Çempionlar Liqasının pley-off şanslarını artıq itirib, lakin onlar Avropa Liqasına düşmək üçün hər şey edəcəklər”.

“Yuventus” – PSJ matçı bu gün keçiriləcək və saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button