“Qalatasaray”da 5 illik imza

Türkiyənin “Qalatasaray” klubu gənc futbolçusu Gökay Güneylə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin öz yetirməsi olan 20 yaşlı futbolçu ilə 5 illik yeni anlaşma imzalanıb.

Türkiyənin 21 yaşadək futbolçular arasında təşkil olunan liqasında çempion olan “Qalatasaray”ın gənclərdən ibarət komandasının kapitanı olan Güney bu mövsüm İstanbul təmsilçisinin əsas komandasında da forma geyinib. O, bu turnirdə 4 matça çıxıb. Baş məşqçi Fatih Terim gənc oyunçunu Super Liqada “Ankaragücü”nü 6:0 hesabıyla məğlub etdikləri qarşılaşmanın sonlarında da meydana buraxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button