Super Liqada tur heç-heçə ilə yekunlaşdı

Türkiyə Super Liqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Başakşəhər” “Rizəspor”u qəbul edib. Meydan sahibləri bu görüşdə 5 cavabsız qolla qalib gəliblər.

Turun mərkəzi görüşündə “Fənərbaxça” səfərdə “Qalatasaray”la münasibətlərinə aydınlıq gətirib. “Türk Telekom Arena”da keçirilən qarşılaşmada qapılara qol vurulmayıb.

“Alanyaspor” – “Sivasspor” matçı da heç-heçə yekunlaşıb. “Kasımpaşa” isə səfərdə “Dənizlispor”u minimal hesabla üstələyib.

Son turlarda uğursuz çıxış edən “Beşiktaş” isə bu turda “Trabzonspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi bu oyunda da böyük hesablı məğlubiyyətlə üzləşib.

Turun qapanış matçında “Qazişəhər” doğma meydanda “Göztəpə” ilə heç-heçəyə razılaşıb.

Türkiyə Super Liqası, 6-cı tur

27 sentyabr

Başakşəhər – Rizəspor 5:0
Qol
: Aleksiç, 19; 75. Gulbrandsen, 33. Krivelli, 87. U.Kahveçi, 90+1.

28 sentyabr

Dənizlispor – Kasımpaşa 0:1
Qol
: Hayradinoviç, 67.

Alanyaspor – Sivasspor 1:1
Qol
: Sisse, 61 – Fernando, 1.

Qalatasaray – Fənərbaxça 0:0

29 sentyabr

Konyaspor – Kayserispor 2:1
Qol
: Miloşeviç, 45+1. Yevtoviç, 90+7-pen – Şengeliya, 9-öz qapısına.

Ankaragücü – Gənclərbirliyi 2:1
Qol
: Kandeyas, 56-öz qapısına. İ.Parlak, 68 – K.Çelikay, 75-öz qapısına.

Antalyaspor – Yeni Malatyaspor 3:0
Qol
: Şeheşuhe, 38. Ü.Akyol, 61. H.Özmert, 90.

Trabzonspor – Beşiktaş 4:1
Qol
: D.Tokoz, 31-öz qapısına. Sosa, 42. Sorlot, 64. Nvakaeme, 88 – G.Yalçın, 79.

30 sentyabr

Qazişəhər – Göztəpə 1:1
Qol
: G.Vural, 58 – B.Emir, 82.

Bombardir: Papiss Sisse (Alanyaspor) – 6 qol.