“Qalatasaray” Osimheni itirdi

“Qalatasaray” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda dünən səfərdə “Liverpul”la üz-üzə gəlib. Qarşılaşma Türkiyə təmsilçisinin 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

Komanda.az İstanbul klubunun yaydığı məlumata istinadən xəbər verir ki, komandanın aparıcı hücumçusu Viktor Osimhen matç zamanı zədələnib. Onun qolunda sınıq aşkarlanıb və fasilədə əvəzlənib.

Nigeriyalı forvard cari mövsümdə 29 oyunda iştirak edib, 19 qol vurub və 7 məhsuldar ötürmə verib.

Beləliklə, “Qalatasaray” iki oyunun nəticəsinə əsasən (1:4) “Liverpul”a məğlub olaraq, turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button