“Yeni səhifə yazmağın vaxtıdır” – Maldini

“Milan”ın idman direktoru Paolo Maldini komandanın yeni mövsümə hazırlığından danışıb.

 Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, Maldini ötən mövsümü inanılmaz adlandırıb:

“Ötən mövsüm inanılmaz idi, qələbənin əks-sədası hələ də klubun ofisinin divarlarında səslənir. Amma ötən mövsümdəki qələbəni xatırlayaraq, yeni səhifə yazmağın vaxtıdır. Komandanın ruhu gücləndi, dəyərlərimiz hər kəsə aydın oldu. Hələ ki, bütün oyunçular bizə qoşulmayıb. Tezliklə onlar burada olacaqlar”.

“Milan” ötən mövsüm A Seriyasının çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button