ÇL: “Biz ötən mövsümdən daha yaxşı çıxış edirik”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska Çempionlar Liqasının 5-ci turunda “Barselona” üzərində qazanılan 3:0 hesablı qələbədən sonra komandanın inkişafını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Klublararası dünya çempionatında əldə olunan uğurun (finalda PSJ-ni 3:0 hesabı ilə məğlub ediblər) futbolçulara böyük inam verdiyini bildirib:

“Klublararası dünya çempionatındakı qələbə oyunçularımıza özünəinam qazandırdı. Ötən mövsüm Konfrans Liqasında çıxış edirdik. Mən futbolçulara demişdim ki, qələbə qazanmaq məcburiyyətindəyik. Ona görə ki, komandada qalibiyyəti hədəfləyən düşüncə formalaşsın. Hansı turnirdə oynamağınızdan asılı olmayaraq, yeganə yol matçları udmaqdır. Lazımi mentalitet yalnız bununla inkişaf edir. Hazırda biz ötən mövsümdən daha yaxşı çıxış edirik”.

“Çelsi” 5 turdan sonra Çempionlar Liqasında 10 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Londonlular noyabrın 5-də Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button