“Qələbə qazanacağımıza inanırdım” – Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.

Komanda.az xəbər verir ki, o, 3:2 hesablı qələbəyə sevindikləri oyunla bağlı bunları söyləyib:

“Çox gərgin matç idi. Yaxşı komandaya qarşı oynadıq. Bizim ən böyük üstünlüyümüz əks-hücumlar idi. Sürətli oyunçularımız var. İlk hissədə istədiyimizi ala bilmədik. İkinci hissədə oyun sistemini dəyişdik. Komanda bu gün xarakter göstərdi. 8-ci oyunumuzdur ki, geridönüş edirik. Bu, məni sevindirir. Marafonun finişinə yaxınlaşırıq. Artıq 11 addım qalıb. İstəməzdim uşaqların əziyyəti hədər getsin. Hər komandanın xal itirmək ehtimalı var. İkinci yerə qalxmaq asandır. Burada qalmaq isə çox çətindir. Rəqiblərin hər biri yüksək səviyyədə olan komandalardır. Bu gün çempionatda rəqabət var. “Qarabağ”ın Avropada uğurlu çıxışında bunun da rolu var. Artıq “Qarabağ” çempionatda tək ayaqla oynayıb qələbə qazanmır. Hər xal bizim üçün dəyərdilir. Amma mən inanırdım ki, qələbə qazanacağıq. Futbolçularımın potensialına bələdəm. Ümumən heç-heçə olsaydı, yenə sevinəcəkdim. Bu mövsüm bircə “Sumqayət”dan xal ala bilməmişik. Bu gün onlar çox yaxşı futbol oynayır. Çətin olacaq. Həmin matçın qalibi demək olmaz ki, nəyisə həll edəcək. Qarşıda oyunlar çoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button