“Qəbələ”nin sabiq futbolçusuna cinayət işi açıldı

“Qəbələ”nin sabiq futbolçusu Nika Kvekveskiri Polşada ağır qəza törədib.

Komanda.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi şəxsi avtomobili ilə 2 maşını vurub. Kvekveskiri qəza törədən zaman sərxoş olub.

Polşa polisi futbolçunun sürücülük vəsiqəsini alıb və ona cinayət işi açıb.

Nika Kvekveskiri 2016-2017-ci illərdə “Qəbələ”də çıxış edib. Gürcüstanlı oyunçu hazırda Polşanın “Lex” klubunda forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button