Qəbələdəki oyunda hakim dəyişikliyinin səbəbi

Azərbaycan Premyer Liqasının 3-cü turunun bəzi oyunların təyinatlarında dəyişiklik olduğunu xəbər vermişdik. “Qəbələ” – “Keşlə” görüşündə Əliyar Ağayev, Zeynal Zeynalov və Akif Əmirəli müvafiq olaraq Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyevlə, “Neftçi” – “Sumqayıt” oyununun 4-cü hakimi Elçin Məsiyev Rauf Allahverdiyevlə, “Səbail” – “Qarabağ” görüşünün 4-cü hakimi Rəhim Həsənov isə Fərid Hacıyevlə əvəzlənib.

Komanda.az xəbər verir ki, təyinatlardakı dəyişikliyin səbəbi Əliyar Ağayev və onun rəhbərlik etdiyi hakimlər briqadasının Misir Futbol Federasiyasından dəvət almasıdır. Ağayev Misir kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zəmələk” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək.

Qarşılaşma sentyabrın 1-də, İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button