“Qəbələ”nin futbolçusundan koronavirus açıqlaması

“Qəbələ”nin çilili futbolçusu Rodriqo Qattas koronavirus pandemiyası ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, ADN radiosuna müsahibə verən hücumçu, Azərbaycandakı vəziyyətlə bağlı danışıb:

“Pandemiyaya yoluxanların sayının digər ölkərə nisbətən çox olmamasına baxmayaraq, burda çətin dövr keçiririk. Hələ ki, vəziyyət normaldır, yaxşı təmin olunmuşuq. Şəhərdə insanlar maskada gəzirlər, işləyirlər.

Klubda bir həftə əvvəl məşqləri dayandırmışıq. İndilik 30-35 yoluxma təsdiqlənib, amma fikrimcə, bu say artacaq”.

Futbolçu öz ölkəsindəki vəziyyətlə bağlı da danışıb:

“Çili hazırda çətin dövr keçirir. Bunu görmək kədərlidir. Düşünürəm ki, Çilidə pandemiya ilə bağlı vəziyyət Azərbaycandakındann ağırdır. Bunun həll ediləcəyinə ümid edirəm, çünki hələ müvafiq tədbirlər görülməyib”.