“Qəbələ” zədəli futbolçularının durumunu açıqladı

“Qəbələ” zədəli futbolçularının sağlamlıq durumu ilə bağlı son vəziyyəti açıqlayıb.

Komanda.az xəbər verir ki, komandanın üç futbolçusu hazırlıq prosesində iştirak etmir.

Klubun rəsmi saytının yaydığı məlumata görə, Ürfan Abbasov və Gülağa Əsədov proqram üzrə bərpa prosesini davam etdirir.

Dörd gün öncə “West Hospital”da diz qığırdağından əməliyyat olunan Yaovi Akakpo isə həkim nəzarətində zəruri prosedurlar keçir.