“Qəbələ” Bakıya yollandı

“Qəbələ” yeni mövsümə hazırlığın birinci mərhələsini başa vurub.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” iyulun 5-də start götürən Qəbələ təlim-məşq toplanışını bugünkü hazırlıqla yekunlaşdırıb.

Qəbələ şəhər stadionunda baş tutan səhər məşqindən sonra komanda Bakıya yollanıb. Elmar Baxşıyevin yetirmələri iyulun 21-nə qədər paytaxtda hazırlıq keçəcək.

Toplanış müddətində iki yoxlama oyunu baş tutacaq. Sözügedən komanda sabah “Zirə” ilə görüşdə qüvvəsini sınayacaq. Zirə Olimpiya Kompleksində keçiriləcək matça saat 19:00-da start veriləcək.

“Qəbələ” ikinci yoxlama oyununda iyulun 21-də “Səbail”lə qarşılaşacaq.