Messi nə vaxt debüt edəcək?
PSJ-nin yeni transferi Lionel Messinin Fransa çempionatında debüt edəcəyi vaxt bilinib.
Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Maurisio Poçettino açıqlama verib. Liqa 1-in 3-cü turunun “Brest”lə səfər matçından (4:2) sonra keçirilən mətbuat konfransında iştirak edən Poçettino, Messinin növbəti matçda meydanda ola biləcəyini deyib.
PSJ növbəti turda “Reyms”lə qarşılaşacaq. Oyun avqustun 29-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin