PSJ-nin futbolçusu maaşının azaldılmasına razıdır

PSJ-nin futbolçusu Ander Herrera koronavirus pandemiyası səbəbiylə məvacibinin azaldılmasına razıdır.

Komanda.az xəbər verir ki, bu barədə 30 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında deyib. Herrera, koronavirus pandemiyası səbəbindən məvacibinin azaldılmasını qəbul edəcəyini bildirib.

Fransada koronavirus pandemiyasından 1195 nəfər dünyasını dəyişib.