“O, komandamızın vacib oyunçularından idi” – Tuxel

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandadan ayrılan Erik Çupo-Motinq haqda açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 31 yaşlı hücumçunun ayrılmasını istədiyini deyib:

“O, komandamızın vacib oyunçularından idi, üzərinə düşən işin öhdəsindən yaxşı gəlirdi. Transferdə müəyyən hədəflərimiz var. Hər mövqe üçün futbolçuya ehtiyacımız var”.

PSJ-nin iki hücumçusu – Edinson Kavani və Erik-Çupo Motinq komandadan ayrılıb.