Mbappeyə 400 milyon avro təklif etdilər!

PSJ hücumçusu Kilian Mbappeyə 400 milyon avro təklif edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Paris təmsilçisi 25 yaşlı futbolçu ilə yeni, 4 illik müqavilə imzalamaq niyyətindədir.

Fransa millisinin üzvü təklifi qəbul etsə, illik məvacibi 100 milyon avro təşkil edəcək. Reklam gəlirləri və mükafatlar bura daxil deyil.

Mbappeni İspaniyanın “Real” klubu da heyətinə qatmaq niyyətindədir. Ancaq madridlilər ona bu qədər pul ödəməyə hazır deyillər.

2017-ci ildən PSJ-nin formasını geyinən Mbappenin müqavilə müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button