PSJ “Leyptsiq”in futbolçusu üçün hərəkətə keçib

“Leyptsiq”in hücumameyilli yarımmüdafiəçisi Yan Diomandenin Fransa liqasında oynamaq imkanı var.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, PSJ 19 yaşlı cinah oyunçusunu transfer etməkdə maraqlıdır. Paris klubunun idman direktoru Luis Kampos futbolçunun agentləriylə ilkin danışıqlar aparıb.

Diomandenin “Leyptsiq”lə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonunda başa çatacaq. O, bu mövsüm bütün yarışlarda 32 matçda meydana çıxıb, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button