Mbappe: “Bütün PSJ oyunçularını təbrik etdim”

Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe keçmiş klubu PSJ-nin son uğurları ilə bağlı fikirlərini bölüşüb.

Paris klubu Mbappenin komandadan ayrılmasından sonra ardıcıl iki mövsüm UEFA Çempionlar Liqasının qalibi olub. Komanda son titulunu may ayının sonunda keçirilən finalda “Arsenal”ı məğlub edərək (1:1, penalti 4:3), qazanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard PSJ oyunçularını təbrik etdiyini söyləyib:

“Əlbəttə ki, milli komandanın məşq bazasında görüşəndə bütün PSJ oyunçularını təbrik etdim. Onlar fantastik çıxış etdilər. PSJ hazırda ən yaxşı formadadır”.

Mbappe hələ də klub karyerasında Avropa kuboku qazana bilməyib.

Fransa millisi 2026-cı il dünya çempionatının qrup mərhələsinin ilk oyununda, 16 iyunda Seneqal yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button