PSJ-də Mbappe…

PSJ Fransa Liqa 1-in 13-cü turunda “Brest”lə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi sözügedən qarşılaşmada Kilian Mbappenin köməyindən istifadə edə bilməyəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Əzələsində ağrılar olan 20 yaşlı hücumçu “Brest”lə oyunun heyətinə daxil edilməyib.

Bu gün keçiriləcək “Brest” – PSJ matçı saat 20:30-da start götürəcək.