PSJ Dembeleni niyə transfer etmək istəməyib? – Açıqlama

PSJ-nin idman direktoru Luis Kampos “Barselona”nın fransalı hücumçusu Osman Dembele ilə niyə müqavilə imzalanmadığının səbəbini açıqlayıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi bunu Dembelenin PSJ-nin taktiki sxeminə uyğun gəlməməsi ilə izah edib:

“Dembele ilə müqavilə imzalamadıq, çünki o, cinah yarımmüdafiəçisidir və biz fərqli sistemdə oynayırıq. Onu bəyənirəm, amma bizim fərqli planlarımız var idi”.

Yay transfer dövründə 25 yaşlı Dembelenin karyerasını PSJ-də davam etdirə biləcəyi bildirilirdi. Onun “Barselona” ilə müqaviləsi başa çatırdı və PSJ hücumçunun karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan klublardan biri kimi göstərilirdi. Amma sonradan Dembele “Barselona” ilə yeni müqavilə imzaladı.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button