PSJ-dən səfərdə xal itkisi

Fransa Liqa 1-də 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 6 görüş baş tutub.

“Tuluza” – “Renn” matçı qolsuz bitib. “Nant” “Brest”ə, “Loryan” “Strasburq”a, “Mets” “Monpelye”yə evdə məğlub olub. Marsel “Olimpik”i isə “Klermon”la ev oyunundan qələbə ilə ayrılıb. “Lill” PSJ-ni qəbul edib. Paris təmsilçisi qələbəni son anda əldən verib.

Hazırda 37 xala malik PSJ vahid liderdir. “Nitsa” 32 xalla ikinci, “Monako” 30 xalla üçüncüdür. “Lill” və “Brest” 28, Marsel “Olimpik”i ilə “Lans” 26 xal toplayıb.

Fransa Liqa 1
16-cı tur

15 dekabr

Monako – Olimpik (Lion) 0:1
Qol: Jeffinyo, 85.

16 dekabr

Havr – Nitsa 3:1
Qollar: Sabbi, 5; 35. Bayo, 51-pen – Luşe, 90+1.

Lans – Reyms 2:0
Qollar: Said, 43. Kortes, 75.

17 dekabr

Nant – Brest 0:2
Qollar: Maqnetti, 49. Munye, 57.

Loryan – Strasburq 1:2
Qollar: Dienq, 53 – Bakva, 14. Qameyro, 49.

Mets – Monpelye 0:1
Qol: Esteve, 9.

Tuluza – Renn 0:0

Olimpik (Marsel) – Klermon 2:1
Qollar: Murilyo, 26. Harit, 42 – Allevina, 58.

Lill – PSJ 1:1
Qollar: David, 90+3 – Mbappe, 66-pen.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button