PSJ-dən yeni mövsümdə ilk qələbə

Futbol üzrə Fransa çempionatında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, son ölkə çempionu PSJ doğma meydanda “Mets”lə münasibətlərinə aydınlıq gətirib.

Yeni mövsümdəki ilk iki oyununda quru hesabla uduzan Paris təmsilçisi nəhayət ki, bu görüşdən qələbə ilə ayrılmağı bacarıb. “Mets” isə ardıcıl 3-cü məğlubiyyətini alıb.

Fransa, Liqa 1
1-ci turun oyunu

16 sentyabr

PSJ – Mets 1:0
Qol
: Draksler, 90+3.