PSJ-nin 5 futbolçusu “Leyptsiq”lə oyunu buraxacaq

PSJ Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun “Leyptsiq”lə (Almaniya) matçına ciddi itkilərlə çıxacaq.

Komanda.az xəbər verir ki, Neymar və Kilian Mbappe Paris təmsilçisinin səfər oyununda iştirak edə bilməyəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu zədə səbəbindən “Leyptsiq”lə oyunu buraxacaq.

Bundan başqa, Marko Verratti, Yulian Draksler və Mauro İkardi də sözügedən qarşılaşmada iştirak edə bilməyəcək.

Sabah keçiriləcək “Leyptsiq” – PSJ matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button