Mbappe Messinin rekordunu qırdı

PSJ Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Brügge”ni darmadağın edib.

Komanda.az xəbər verir ki, 5:0 hesabıyla bitən qarşılaşmada Paris təmsilçisinin futbolçusu Kilian Mbappe yeni uğura imza atıb. Belə ki, qarşılaşmada het-trik edən 20 yaşlı hücumçu, ÇL-də vurduğu qollarının sayını 16-ya çatdırıb.

Mbappe Çempionlar Liqası tarixində 15 qol səddinə çatan ən gənc futbolçu ünvanını qazanıb. Fransız oyunçu bu uğura 20 yaş 306 günlüyündə çatıb.

Bundan əvvəlki rekord “Barselona”lı Lionel Messiyə aid idi. Argentinalı oyunçu ÇL-də 15 qol səddinə 21 yaş 288 günlüyündə çatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button