PSJ Buffonla bağlı qərarını verdi

PSJ italiyalı qapıçısı Canluici Buffonla müqavilənin müddətini uzatmağa hazırlaşır.

Komanda.az “Gazetta Dello Sport”a istinadən xəbər verir ki, 41 yaşlı qolkiperin xidmətindən məmnun olan Paris təmsilçisi, onunla daha bir illik müqavilə imzalamaq niyyətindədir.

PSJ-yə keçən ilin iyul ayında azad agent kimi transfer olunan və 1+1 illik müqavilə bağlayan Buffon, bu mövsüm Fransa təmsilçisinin heyətində 12 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button