PSJ braziliyalının transferini tamamlayıb

PSJ yarımmüdafiə xəttinə yeni oyunçu cəlb edib.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisi “Korintians”da çıxış edən Qabriel Moskardonun transferini yekunlaşdırıb.

PSJ 18 yaşlı dayaq yarımmüdafiəçisi üçün Braziliya klubuna 20+2 milyon avro ödəyəcək. Gənc futbolçu mövsüm başa çatdıqdan sonra yeni komandasına qoşulacaq.

Moskardo “Korintians”ın yetirməsidir. Braziliyalı orta xətt oyunçusu A Seriyası təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 25 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button