Sabiq futbolçu PSJ – “Bayern” matçını Qorilla ilə Kinq Konqun döyüşünə bənzətdi

“Yuventus”un sabiq hücumçusu Paolo Di Kanio, UEFA Çempionlar Liqasında PSJ-nin “Bayern”ə qalib gəldiyi yarımfinalın ilk oyunu (5:4) ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “La Repubblica”-ya istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, qarşılaşmanı Qorilla və Kinq Konq arasındakı məşhur döyüşə bənzədib:

“Bu matç Qorilla ilə Kinq Konqun döyüşü kimi idi. Güclü, çevik varlıqların hesab-kitab aparmadan, davamlı reydlər və dönüşlərlə mübarizəsi”.

O, oyunda müdafiədəki səhvlərlə bağlı tənqidlərə də fərqli yanaşıb:

“Pis müdafiə? Biz sadəcə qısqanırıq. Çünki belə texnikalı, güclü və sürətli futbolçuları almağa imkanımız çatmır. Onlar çox bahadır və nəticədə, İngiltərə Premyer Liqasına gedirlər”.

Di Kanio, “Bayern”in Harri Keyn üçün 100 milyon avro ödədiyini xatırladaraq, İtaliya A Seriyası klublarının transfer siyasətini də tənqid edib:

“Bizdə isə hələ də Romelu Lukaku (“Napoli”) və Rafael Leao (“Milan”) kimi oyunçulara heyranlıq var. Bunlar azmış kimi, indi də 38 yaşlı Robert Levandovskini (“Barselona”) gözləyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button