PSJ “Barselona”nın futbolçusunu “qaralayıb”

PSJ hələ də “Barselona”nın yarımmüdafiəçisi Qavi ilə maraqlanır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Paris klubu ispaniyalının xidmətindən faydalanmaq niyyətindədir.

Paris klubu yay transfer pəncərəsində Qavini almağı planlaşdırır. PSJ kataloniyalıların maliyyə problemlərindən istifadə edib, yarımmüdafiəçini heyətinə cəlb edə bilər.

19 yaşlı Qavinin yay transfer pəncərəsində komandasını tərk etmək fikrində olmadığı bildirilir. Onun dəyəri 90 milyon avro qiymətləndirilir. Futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button