Onun üçün 70-80 milyon avro tələb olunur

PSJ-nin vingeri Bredli Barkola yay transfer dövründə komandadan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi fransalı futbolçunu hələ də komandanın vacib hissəsi hesab edir, ancaq tərəflər arasında müqavilənin müddətinin uzadılması ilə bağlı razılıq əldə olunmayıb. Bu səbəbdən, satış ehtimalı gündəmdə qalır.

Barkola ilə Avropanın bir neçə top-klubu maraqlanır. Onların sırasında “Real”, “Barselona”, “Atletiko”, Dortmund “Borussiya”sı və “Bayern” kimi klublar var. Bildirilir ki, PSJ oyunçu üçün 70–80 milyon avro tələb edir.

23 yaşlı futbolçu cari mövsümdə 44 oyunda iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button