PSJ 18 yaşlı futbolçunu transfer etməyə yaxındır

PSJ “Lill”in müdafiəçisi Leni Yoronu transfer etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər. PSJ 18 yaşlı futbolçu üçün təzminat məbləği ilə bağlı “Lill”lə razılığa gəlməyə davam edir.

Xatırladaq ki, “Real”, “Bayern”, “Çelsi” və “Mançester Yunayted” də fransalı oyunçunun xidmətində maraqlıdır.

Yoro bu mövsüm komandanın heyətində bütün turnirlərdə 27 oyun keçirib və 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button