Premyer Liqada mövsümün rəmzi komandası – FOTO

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) Premyer Liqanın 2021/2022 mövsümünün rəmzi komandasını açıqlayıb. 

Komanda.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkələrində məlumat verilib. Rəmzi komandada “Liverpul”dan 6, “Mançester Siti”dən 3, “Mançester Yunayted” və “Çelsi”dən isə bir futbolçu yer alıb:

Qapıçı: Allison Bekker (“Liverpul”);

Müdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”), Joao Kanselo (“Mançester Siti”), Antonio Rüdiger (“Çelsi”), Vircil van Dayk (“Liverpul”);

Yarımmüdafiəçilər: Tyaqo Alkantara (“Liverpul”), Kevin De Bruyne, Bernardo Silva (hər ikisi “Mançester Siti”);

Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Kriştiano Ronaldo (“Mançester Yunayted”)

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi “Mançester Siti” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button