Premyer Liqada aprelin ən yaxşı məşqçisi və futbolçusu məlum oldu

“Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola İngiltərə Premyer Liqasında aprelin ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” ispaniyalı mütəxəssisin rəhbərliyi altında apreldə keçirdiyi hər üç oyunda qələbə qazanıb. “Mançester Siti” “Çelsi”ni 3:0, “Arsenal”ı 2:1, “Bernli”ni isə 1:0 hesabı ilə məğlub edib.

Aprelin ən yaxşı futbolçusu mükafatını isə Morqan Gibbs-Uayt qazanıb. “Nottingem Forest”in yarımmüdafiəçisi apreldə keçirdiyi üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə verib. O, xüsusilə, “Bernli” ilə matçda etdiyi het-triklə diqqət çəkib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button