
“Neftçi”dən darmadağın
Mayın 8-də Azərbaycan Premyer Liqasında 31-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub. İlk oyun Qubada təşkil olunub. “İmişli” meydan sahibi qismində “Zirə”ni qəbul edib. Görüş qolsuz yekunlaşıb.
Çempionluğunu rəsmiləşdirən “Sabah” isə bu tur doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib. Oyun Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
“Qarabağ”ı bu tur Qəbələ səfəri gözləyirdi. “Köhlən atlar” dünən Qəbələdə eyniadlı komanda ilə görüşüb. Qurban Qurbanovun komandası səfər matçından heç-heçə ilə qayıdıb – 1:1.
“Sumqayıt” isə bu turda doğma meydanda “Araz-Naxçıvan”la qarşılaşıb. “Kimyaçılar” son dəqiqə qolu ilə qələbəyə seviniblər.
Turun qalan oyunları bu gün keçirilib. “Turan Tovuz” doğma publika önündə Premyer Liqanı tərk edəcəyi dəqiqləşən “Karvan-Yevlax”ı sınağa çəkib. Tovuz təmsilçisi qələbə sayəsində avrokuboklara vəsiqəni təmin edib.
Tura “Neftçi” – “Şamaxı” matçı ilə yekun vurulub. Paytaxt təmsilçisi rəqibini böyük hesabla yenib.
Azərbaycan Premyer Liqası, 31-ci tur
8 may
İmişli – Zirə 0:0
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Quba OİK
İmişli: 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 70. Mehdi Tahirov 11. Vüsal Qənbərov 94. Rafael Vieqaş 29. Edvin Banquera 14. Ronaldo de Souza 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 99. İmam Əli 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 44. Həzrət İsayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 10. Nikola Karaklaiç
Baş məşqçi: Jorj Kaşkilya
Zirə: 97. Tiaqo Silva 73. Anatoli Nuriyev 32. Qismət Alıyev (k) 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 26. Stefan Aka 4. Ruan Renato 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 30. Rikardo Martins 11. Junior Martins
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 7. Rövlan Muradov 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev 9. Davit Volkov 5. Ange Mutsinzi 17. Ayron Qomis 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
Sabah – Kəpəz 0:1
Qol: Rəhman Hacıyev, 46.
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
“Bank Respublika Arena”
Sabah: 92. Stas Pokatilov (k), 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 7. Umarali Rahmonaliyev, 83. Stefen Ende.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 2. Amin Seydiyev, 89. Cəfər Muxtarov, 21. Velko Simiç, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos, 19. Aaron Maluda.
Baş məşqçi: Valdas Dambrauskas
Kəpəz: 33. Yusif İmanov, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 11. Rəhman Hacıyev, 6. Camal Cəfərov, 29. Dioqo Verdaska (k), 12. Mahamadu Ba, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 80. Şahnur İsmayılov, 57. Amur Yusifov, 83. Raul İsaqov, 24. Olavale Onanuqa.
Baş məşqçi: Azər Bağırov
9 may
Qəbələ – Qarabağ 1:1
Qol: Akinade, 57 – Kadi Borges, 29.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Qəbələ şəhər stadionu
Qəbələ: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 30. Prins Ovusu
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 94. Həbib Hüşənov 11. Asif Məmmədov 28. Murad Musayev 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 12. İbrahim Sanqare 14. Domi Massumo 70. Paulo Quimbila
Baş məşqçi: Kaxaber Tsxadadze
Qarabağ: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 18. Dani Bolt 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov
Sumqayıt – Araz-Naxçıvan 2:1
Qol: Ramalinqom, 45+2. Rahil Məmmədov, 90+3-avtoqol – Simakala, 63.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Sumqayıt: 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi 8. Səbuhi Abdullazadə (k) 21. Nihad Əhmədzadə 64. Kənan Feyziyev 9. Aleksandr Ramalinqom 10. Nikola Ninkoviç 6. Sedrik Badolo 33. Danilo Beskorovaynıy 23. Ronaldo Vaskez 11. Aleksa Yankoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 12. Murad Ağamalıyev 7. Rüstəm Əhmədzadə 29. Emil Mustafayev 20. Ayxan Süleymanlı 24. Sənan Muradlı 75. Nadir Orucov 37. Nihad Orucəli 97. Vüsal Paşayev 72. Rayan Senhadji 95. Nsana Simon
Məşqçi: Veliçko Kaplanoviç
Araz-Naxçıvan: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 4. Rahil Məmmədov 24. Mustafa Əhmədzadə 6. Patrik Andrade 17. İssuf Paro 23. Nuno Rodriqes 7. Hamidu Keyta 10. Felipe Santos 11. Ba-Muaka Simakala 77. Bruno Franko
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 5. Slavik Alxasov 8. Coşqun Diniyev 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 86. İbrahim Piriyev 33. Elmir Cəfərov 16. Ramon Maçado 70. Şarl Boli 19. Bar Kohen
Baş məşqçi: Andrey Demçenko
10 may
Turan Tovuz – Karvan-Yevlax 1:0
Qol: Ayxan Hüseynov, 45+1.
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namik Hüseynov
Tovuz şəhər stadionu
Turan Tovuz: 1. Oleq Baklov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 88. Faiq Hacıyev 6. Fərid Yusifli 99. Vadji İbrahima 19. Roberto Olabe 8. David Tavareş 2. Mark Rene Mampassi
Baş məşqçi: Kurban Berdıyev
Karvan-Yevlax: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov 14. Uğur Cahangirov 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels 2. Şakil Sno 11. Kayl Spens 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 18. Süleyman Əhmədov 17. Samir Abdullayev 77. Əli Abdullayev 37. Mois Nqvisani 19. Tompson Qavi 8. Peter Kings 10. Samuel Durrant
Baş məşqçi: Füzuli Məmmədov
Neftçi – Şamaxı 3:0
Qollar: Emin Mahmudov, 1. İmad Faraj, 47. Breno Almeyda, 83.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Rövşən Rəcəbov
VAR: Rəşad Əhmədov
AVAR: Müslüm Əliyev
“Palms Sports Arena”
Neftçi: 1. Emil Balayev, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 7. Emil Səfərov, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 5. İqor Ribeyro, 33. Breno Almeyda, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 81. Məhdi Həsənov, 4. Elvin Camalov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 24. Mustafa Sek, 18. İfeanyi Metyu, 70. Andrey Ştoqrin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.
Baş məşqçi: Yuri Vernidub.
Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 2. Abdulla Rzayev, 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 10. Andrey Tırkovyanu, 88. Rodriqo Fernandes, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Bizi Facebook-da izləyin



