Premyer Liqa klubunda iki yeni müqavilə

“Brayton” iki futbolçusu ilə yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa klubu müdafiəçiləri Yoel Veltman və Ed Ternslə müqavilənin müddəni artırıb.

Hər iki futbolçu 2 illik yeni sözləşməyə imza atıb.

Niderlanddan olan 31 yaşlı Yoel Veltman 2020-ci ildən oynadığı “Brayton”da 106 oyuna 3 qol vurub.

20 yaşlı Ed Terns isə bu klubun öz yetirməsidir. O, “Brayton”da cəmi 2 oyun keçirib.

“Brayton” qapıçısı Kyel Sxerpeni də Avstriyanın “Şturm Qraz” klubuna icarəyə verib. Niderlanddan olan 23 yaşlı qolkiper qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button